Qardaşlıq və Mədəni İrsin Yeni Simvolu

30.10.2026

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Sammiti çərçivəsində Türk Dövlətləri Sivilizasiyası Parkının təntənəli açılış mərasimi keçirilib.

ELAZ.INFO xəbər verir ki, tədbirdə iştirak edən rəsmi nümayəndələr parkın açılışının türk dünyası üçün mühüm tarixi və mədəni hadisə olduğunu vurğulayıblar. Yeni salınan park türk dövlətləri arasında mövcud olan sarsılmaz qardaşlıq tellərinin, köklü tarixi əlaqələrin və zəngin umumtürk mədəni irsinin əbədi simvolu kimi qiymətləndirilir.

Açılış mərasimində qeyd olunub ki, bu cür layihələr Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında birliyi, həmrəyliyi və mədəni inteqrasiyanı daha da möhkəmləndirməyə xidmət edir.

Ruslan MƏMMƏDOV 🖋️

👁 370