İsveçrə Şimali Koreyadakı Diplomatik Nümayəndəliyinin Fəaliyyətini Bərpa Edib

İsveçrə KXDR (Şimali Koreya) ilə münasibətlərində yeni bir səhifə açaraq Pxenyan şəhərindəki diplomatik ofisinin fəaliyyətini rəsmən bərpa edib.
ELAZ.INFO xəbər verir ki, bu addım iki ölkə arasında birbaşa dialoqun və əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədini daşıyır. İsveçrənin Federal Şura üzvü İnyasio Kassis (Ignazio Cassis) məsələ ilə bağlı açıqlamasında bildirib ki, diplomatik ofisin yenidən fəaliyyətə başlaması KXDR ilə birbaşa dialoqun gücləndirilməsi istiqamətində atılmış mühüm və konkret bir addımdır.
Qeyd edək ki, İsveçrənin Pxenyandakı diplomatik fəaliyyətinin bərpası regiondakı geosiyasi proseslər və beynəlxalq diplomatik əlaqələrin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ruslan MƏMMƏDOV 🖋️
300




