Deputat Ombudsman Aparatı İlə Bağlı Fikrini Radikal Şəkildə Dəyişib

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxış edən deputat Razi Nurullayev İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının fəaliyyətinə münasibət bildirərək, qurumla bağlı əvvəlki mövqeyini tamamilə dəyişdiyini bəyan edib.
ELAZ.INFO xəbər verir ki, parlamentari əvvəllər Ombudsman institutunun işi ilə bağlı tənqidi yanaşmaya malik olduğunu, lakin qurumun fəaliyyətini daha dərindən araşdırdıqdan, eləcə də vətəndaş müraciətləri və rəyləri ilə yaxından tanış olduqdan sonra bu fikirlərində radikal dönüş yarandığını vurğulayıb.
Razi Nurullayev çıxışında Ombudsmanın ölkəmiz üçün müstəsna əhəmiyyətə malik olduğunu deyərək, dövlət başçısı tərəfindən təqdim edilən hər üç namizədin bu vəzifəyə tam layiq olduğunu bildirib. Deputat qeyd edib ki, mövcud imkanlar, reallıqlar və qanunvericilik çərçivəsində Ombudsman Aparatı və şəxsən Səbinə Əliyeva üzərlərinə düşən vəzifəni həddindən artıq yüksək səviyyədə icra edirlər. Qurumun insan hüquq və azadlıqlarının müdafiəsindəki mühüm roluna diqqət çəkən deputat Ombudsman Aparatının kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ruslan MƏMMƏDOV 🖋️




