İş Yerində Münaqişələrin İdarə Olunması” Mövzusunda Təlim Keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi üçün iş mühitində effektiv ünsiyyətin gücləndirilməsi, münaqişələrin düzgün idarə olunması və peşəkar münasibətlərin inkişaf etdirilməsi məqsədilə növbəti interaktiv təlim təşkil olunub.
ELAZ.INFO xəbər verir ki, Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və Kadr Siyasəti kafedrasının dosenti Elmira İsmayılova tərəfindən keçirilən təlim zamanı iş yerində münaqişələrin yaranma səbəbləri, onların aradan qaldırılması yolları, insanlararası münasibətlərin tənzimlənməsi və effektiv ünsiyyətin əhəmiyyəti ətraflı müzakirə edilib.
İnteraktiv formatda keçən tədbirdə iştirakçılar mövzu ətrafında geniş fikir mübadiləsi aparıb, münaqişələrin konstruktiv həllinə dair müasir praktiki yanaşmalarla tanış olublar. Sonda isə təlim iştirakçılarının sualları cavablandırılıb və mövzu ilə bağlı müzakirələr yekunlaşdırılıb.
Ruslan MƏMMƏDOV 🖋️




