Daxili İşlər Nazirliyində Kollegiya İclasında 9 Ayın Yekunları və Qarşıda Duran Vəzifələr Müzakirə Olunub

29.10.2026

Oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vacib vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

ELAZ.INFO xəbər verir ki, iclasda hesabat dövrü ərzində ölkədə ictimai asayişin təmin olunması, cinayətkarlığa karşı mübarizənin gücləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində görülən işlər ətraflı təhlil edilib.

Tədbirdə əldə olunmuş uğurlu nəticələrlə yanaşı, xidməti fəaliyyətdə rast gəlinən nöqsanlar da diqqət mərkəzinə gətirilib, onların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. İclasın sonunda ilin sonuna qədər qarşıda duran əsas prioritet vəzifələr müəyyənləşdirilib və şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində konkret qərarlar qəbul olunub.

Ruslan MƏMMƏDOV 🖋️

👁 150