Qanunsuz saxlanılan silahlar təhvil verilməlidir

08.06.2026

Silahın qanunsuz saxlanılması hüquqi məsuliyyət yaradır. Qanunsuz saxlanılan silahlar təhvil verilməlidir.

ELAZ.İNFO Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevə istinadən bildirir ki, “iyunun 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara və 6 tüfəng aşkar edərək götürüblər”.

Elşad Hacıyev onu da bildirib ki, “Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir”.

İlahə BAYINDIR

👁 140