ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən günün əsas xəbərinin baş verdiyi Vaşinqton hadisələrinə münasibət bildirib.
Cənab İlham Əliyev jurnalistlərlə görüşü zamanı- şam yeməyində baş verən hadisədən, prezidentə atəş açılmasından “dərin narahatlığını” bildirib.
İlham Əliyev X sosial şəbəkəsində paylaşdığı postunda yazıb ki, “Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Tramp, Birinci xanım və bütün iştirakçıların salamat olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”.
Günel GÜNTAC
