odessa-ve-cornomorsk-limanlarina-herbi-zerbeler-elaz-info.

Qara dəniz limanları hədəf altında…

Rusiya-Ukrayna müharibəsində Ukraynanın dəniz loqistikası və hərbi-sənaye infrastrukturuna yönəlmiş hava hücumları intensivləşib. Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun təchizat zəncirində mühüm rol oynayan Qara dəniz limanlarını hədəf aldığı bildirilir.

ELAZ.İNFO xəbər verir ki, iyulun 17-nə keçən gecə Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbi təyinatlı yüklərinin qəbulu və saxlanılması üçün istifadə edilən strateji liman infrastrukturlarına növbəti ağır zərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, yüksək dəqiqlikli havadan idarə olunan silahlar və zərbə PUA-ları vasitəsilə həyata keçirilən əməliyyat nəticəsində Odessanın dəniz qapılarında ciddi dağıntılar qeydə alınıb.

Müdafiə Nazirliyinin açıqladığı hesabatda vurulmuş konkret hədəflərin siyahısı təqdim edilib: Odessa limanı: İki PUA istehsalı və yığımı sexi sıradan çıxarılıb. Onların arasında “Ukrjet” şirkətinə məxsus “UJ-22” ortamənzilli pilotsuz aparatlarının irihəcmli yığım sexinin də olduğu bildirilir. Həmçinin hərbi sursat anbarı, yanacaq-sürtkü materiallarının (YSM) boşaldılması üçün istifadə olunan liman strukturları və daxilində yanacaq olan xüsusi rezervuarlar vurulub.Çornomorsk limanı: Liman ərazisində yerləşən Ukrayna ordusuna məxsus yanacaq çənləri və bir yanğınsöndürmə kateri sıradan çıxarılıb.

Bu, Rusiya qüvvələrinin son günlərdə həyata keçirdiyi yeganə genişmiqyaslı hücum deyil. İyulun 16-na keçən gecə də oxşar hərbi-strateji obyektlərə zərbələr endirilmişdi: Kiyevdə: Pilotsuz uçuş aparatlarının yığılması və saxlanılması ilə məşğul olan “Rapid” müəssisəsi, həmçinin uzunmüddətli uçuş aparatları (məsələn, “An-196 Lyutıy” və “Leleka-100”) istehsal edən “Kiyev-1” radioelektron sənaye müəssisəsinin anbarı hədəf alınmışdı.Dənizdə və digər limanlarda: Çornomorsk limanına hərbi yük daşıyan quru yük gəmisi dəniz keçidində, ilan adası yaxınlığında isə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinə məxsus sürət kateri məhv edilmişdi. Həmçinin “Yujnıy” limanındakı infrastruktur və Odessadakı 5 yanacaq rezervuarı sıradan çıxarılmışdı.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın