NƏRİMAN NƏRİMANLI:-“DAĞIN DA ZİRVƏSİ DUMANDI, LƏLƏ!”

Qəlbin həyat aynası, insanın Sözünün həyati dəyərindədir.
Ruhun könül şəffaflığı, insan hisslərinin həyat ülviliyini əks etdirir.
Həyati düşüncənin hikmət çeşməsi, daima insanlığın həyati duyğularını riqqətə gətirir. Nəriman Nərimanlının
söz dünyası, öz həyati duyumu və düşüncə gözəlliyi ilə diqqəti cəlb edir.
Şairin könül duyğularının həyat ahəngi, insanın könül sevgisinin həyat axtarışını gücləndirir.
..
Dostum, ah-nalənin nə fərqi varmış,
Dünya əzəlindən belə yaranmış!
Baharın yerini alacaqsa qış,
Sonra nə olacaq, bilməyə nə var ?!
Kişi yad kölgəyə sığınacaqsa,
Namərddən ruzini,mərd umacaqsa.
Oğuldan bir haray, olmayacaqsa,
İntihar eyləyib,ölməyə nə var ?!
/Nə var/
..
Sevginin həyat alqısı, insanın könül dünyasının həyat bağlantısını möhkəmləndirir..
Həyati duyğusallığın könül körpüsü, insanın bir-birinin yanında durmasıdır .
İstək və arzuların həyat üzü, həmişə insanın ruh dəyişiminə təsir göstərir.
Nəriman Nərimanlı nın lirikasının həyati psixolojisi öz həyat ruhu ilə insanın fikir duyğusallığının həyat reflekslərini üzə çıxardır.
..
Yanğı dolu ,ney səsiyəm,
Dinlə:- Pəri, bundan sonra!
Bilsən, ölüb -gedəcəyəm,
Baxma bəri, bundan sonra!
Dərdi , yoldaş etdin mənə,
Mənim dərdimdən, Sənə nə?
Yandıracaqsan desənə,
Diri-diri, bundan sonra!
/Bundan sonra/
..
Öyüd -nəsihət, insanın mənəvi kamilliyiini üzə çıxardır.
İnsan həyatının çırağnı yandıran, insanın könül dünyasına açılan fikir qapısıdır.
Düşüncənin həyati-psixoloji ruhundan yaranan duyğuların izharı, qəlbin həyat durumunu ifadə edir.
Nəriman Nərimanlı nın lirikasının həyat ritorikası öz sağlam ruhu ilə könüllərə daşıyır həyat sevdasını.
..
Hakim, adil olur ədalətiylə ,
Naqqa haqq demə amandı,Lələ!
Nə qədər öyünə əzəmətiylə,
Dağın da zirvəsi dumandı, Lələ!
Xoş günün dostları, gəldi -gedərdi,
Bölüşməz səninlə, sevinci -dərdi.
Ayıra bilməsən namərdlə, mərdi,
Taleyin su üstdə samadı, Lələ!
/Lələ/
..
Zamanın həyat tablosu, insanın həyat qayğılarının duyğu analizini üzə çıxardır.
Həyatın Zamana görə şəkillənməsi, həmişə insanın mənəvi aləmini yerindən oynadır..
İnsan həyatının əsrarəngizliyi, onun həyat düşüncəsinin ruhaniyyətinə bağlılığı ilə ölçülür.
Nıriman Nərimanlı nın lirikasının ictimai xarakteri, Zamanın həyat ziddiyyətlərini üzə çıxardır.
Ölkə, “baha”lı, – neynim?
Millət, “həya”lı,- neynim?
Qəpik, “saya”lı,- neynim?
Çoxaldı “andır”, bir az !
“Qiymət”i qaldır, bir az!
“Neft gölü”ndə üzürük,
“Qərb”ə dodaq büzürük..
Qapı -qapı gəzirik,
Bizə ot yoldur, bir az!
“Qiymət”i qaldır, bir az!
/Qiyməti qaldır bir az/
..
Könül dünyasının həyat işığın, insan hisslərinin həyat ülviliyini aydına çıxarır..
Həyati düçündürücülük daima insanlığın yeniləşməsinə götürür həyatı.
Qəlb sevdasının saflığında, insan ruhunun həyati qayğılarının diriliyi var.
Nəriman Nərimanlı nın lirikasının həyati dərinliyindəki duyğusallığın könül açılımı, özünün idraki-ruhi düçüncədəki üstünlüyü ilə oxucunu qayğılandırır.
..
Tayım-tuşum qəmdi sanki, dərdlə ortaq tutar məni!
Min nəfərə bir dərd ola, hökmən gəlib tapar məni!
Hara getsəm- hara dönsəm, quzu donlu “canavarlar”,
Bir an imkan düşsə, əgər, “itə dönüb” qapar məni!
/Məni/
..
Ruhun ağrı-acısını bəlli edən, düşüncənin psixoloji halının təyinidir..
Qəlb evinin yanan çırağı, daima həyatın unudulmayan canlılığını əks etdirir.
Həyat yolunun keşməkeşli yaşamının sevinci-kədərinin incəlikləri, insanın yaşam döngüsünün həyati rəngarəngliyini göstərir.
Nəriman Nərimanlı nın poeziyası həyati poeziya kimi ictimai həyatın unudulmayan çılğınlığını üzə çıxartmaqla özünün həyati imitasiyasını yerinə yetirir.
Şairin yaradıcılıq üslubunun gözəlliyi, həmişə insanlığın həyat dərdlərinin metaforasını özündə barındırır.
Uğurlar arzulayıram şair qardaşıma.
Nəsib ABİD

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir