İş adamının evi qarət olunub

ELAZ.İNFO xəbər verir ki, Bakının Sabunçu rayonunda villadan oğurluq edilib.

Oğurluq hadisəsi Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yaşayan,işadamı Orxan Məmmədova məxsus evdə baş vermişdir.

Məlum olub ki, oğurluğu bağ evində ailəsi ilə birlikdə yaşayan bağban Ramil Əbülhəsənovun oğlu Əli Əbülhəsənli törədib.

Zərərçəkmiş qismində tanınan Orxan Məmmədov tanınmış siyasətçi Etibar Məmmədovun oğludur.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

N.B

Bizi izləyin və paylaşın