UNUDULMAZLAR!

Bu gün qəhrəman Kapitan Elcan Balabəylinin mövlud günüdür. Allahdan qəhrəman Şəhidimizə rəhmət diləyir və Şəhidimizi böyük hörmət və minnət duyğusu ilə yad edirik.

Şəhidlik müqəddəs bir iş üçün canını fəda etməkdir. Bizim üçün din, vətən, torpaq, namus kimi məfhumlar müqəddəsdir və bu müqəddəs dəyərlərə hər hansı səbəbdən zərər vuran və ya tənqid edənlərə qarşı çəkinmədən mübarizə aparacaq, lazım gələrsə canımızı da verəcəyik.

Şəhidlik dinimizdə ən yüksək dərəcələrdəndir. Bu səviyyəyə çatan şəxs cənnətlə mükafatlandırılar. Bu səbəbdən də İslam inancına malik insanlar şəhadət şərbətini içməkdən heç vaxt çəkinməmiş, müqəddəs bildikləri dəyərlər uğrunda qorxmadan mübarizə aparmışlar. Bu müqəddəs vətəni bizə qoyub gedənlər ya şəhid olub, cənnətlə mükafatlandırılıb, ya da qazi adını qazanıblar. Yaşadığımız bu torpaqlar şəhidlərimizin qanı ilə yuyulur. Bu gün bu torpaqlarda sərbəst hərəkət edib, xoşbəxt yaşaya biliriksə, bu, bizim üçün qorxmadan canından keçən Şəhidlərimizin sayəsindədir. Allah onlardan razı olsun!

Esmira RƏHİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir