Fəxrəddin Quliyev WAKO-nun beynəlxalq dərəcəli hakimi, Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədri, Azərbaycan Respublikasının “əməkdar məşqçisi”, kikboksinq üzrə Avrasiya çempionu, dünya çempionatının bürünc mükafatçısıdır.
Fəxrəddin Quliyev hal-hazırda Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədridir.
Fəxrəddin Quliyevin fəaliyyəti həm dövlətimiz, həm də Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Belə ki, 2022-ci ildə Prezident İlham Əliyev onu ev mükafatı ilə, Kikboksinq Federasiyanın rəhbərliyi isə fəxri diplom və qiymətli hədiyyələrlə təltif edilib.
Fəxrəddin Quliyevin dünya və Avropa çempionu olan, müxtəlif böyük beynəlxalq yarışların qalibləri olan çoxlu sayda tələbələri vardır.
Fəxrəddin Quliyevə gördüyü idman fəaliyyətində və şəxsi həyatında da uğurlar və cansağlığı arzulayırıq!
Esmira RƏHİMOVA