Neft emalı zavodunda yanğın söndürüldü.

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Krasnodar diyarının Novominskaya kəndində yerləşən neft emalı zavodunda (NEZ) baş verən yanğın tamamilə söndürülüb. Regional operativ qərargahın məlumatına görə, hadisə PUA qalıqlarının zavod ərazisinə düşməsi nəticəsində baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli idarəsindən bildirilib ki, yanğının söndürülməsi mərhələli şəkildə həyata keçirilib: Saat 03:52-də alov lokallaşdırılıb; Saat 06:06-da açıq alov söndürülüb; Saat 06:51-də isə yanğın tamamilə aradan qaldırılıb. Yanğının söndürülməsinə 39 nəfər canlı qüvvə və 13 ədəd xüsusi texnika cəlb olunub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights