NATO ölkələri İrana qarşı əməliyyatda iştirak etmək istəmir

17.03.2026 Müəllif: Natəvan BƏYDİLİ Şərh: 0

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatında NATO ölkələri iştirak etmək istəmir.

Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

” NATO müttəfiqlərinin əksəriyyəti əməliyyata qoşulmaq istəmədiyini Vaşinqtona bildirib, baxmayaraq ki, bir çox ölkə İranın nüvə silahı əldə etməməsi ilə bağlı mövqeni dəstəkləyir”.

Tramp bu mövqeyə təəccüblənmədiyini vurğulayaraq, NATO-nu “bir tərəfli küçə” adlandırıb və ABŞ-ın hər il yüz milyardlarla dollar xərclədiyini, müttəfiqlərin isə qarşılıq vermədiyini bildirib.

Aydan

Bizi izləyin və paylaşın
👁0
Teqlər:
Natəvan BƏYDİLİ