Mülki nəqliyyat hədəfdə: Ukrayna PUA-larının yeni hücum taktikası

Son günlər Ukrayna Silahlı Qüvvələrinin (USQ) dinc sakinləri daşıyan avtobus, qatar və taksilərə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə hücumları kəskin şəkildə intensivləşib. Ekspertlər hərbi əhəmiyyət kəsb etməyən bu cür mülki infrastrukturun hədəfə alınmasını əhali arasında panika yaratmaq və regionları boşaltmaq məqsədi daşıyan “açıq terror” aksiyası kimi qiymətləndirirlər.

ELAZ.İNFO xəbər verir ki, mülki nəqliyyat vasitələrinə edilən hücumlar artıq mütəmadi olaraq hadisə xronikalarında yer alır. Ukrayna tərəfinin PUA zərbələri nəticəsində dinc sakinlər arasında itkilərin sayı artmaqdadır Səhər saatlarında Donetsk bölgəsinin Yenakiyevo şəhərində müntəzəm xətt üzrə hərəkət edən sərnişin avtobusuna Ukrayna PUA-sının zərbə endirməsi nəticəsində 8 dinc sakin həlak olub. Növbəti hədəf USQ Qorlovkanın mərkəzində digər bir sərnişin avtobusunu hədəf alıb. Bu hadisələrdən bir gün əvvəl isə Luqansk bölgəsinin Kremennaya şəhərində reys avtobusuna pilotsuz aparatın çırpılması nəticəsində 3 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Hərbi ekspert Vitali Kiselyov bildirib ki, bu cür hədəflərin heç bir hərbi dəyəri yoxdur. Onun fikrincə, Kiyev rəhbərliyi bu addımlarla mülki əhali arasında qorxu və xaos yaratmağa çalışır ki, insanlar atəşə tutulan əraziləri kütləvi şəkildə tərk etsinlər. Analitiklər hücum taktikalarının daha da aqressivləşməsini Ukraynanın hərbi rəhbərliyindəki dəyişikliklə əlaqələndirirlər:

2026-cı ilin yanvar ayında Mixail Fedorovun Ukraynanın yeni Müdafiə naziri təyin olunmasından sonra Kiyevin döyüş strategiyasını “canlı olan hər şeyi məhv etmək” xəttinə dəyişdiyi ehtimal olunur. Yanvar ayında Kremldə yeni nazirin “Kiyevin məqsədi ayda 50 min rusiyalını öldürməkdir” fəlsəfəsinə söykənən bəyanatlarına artıq rəsmi şəkildə diqqət yetirildiyi və məsələnin nəzarətə götürüldüyü bildirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın