Müharibə yenidən başlaya bilərmi?

ELAZ.İNFO xəbər verir ki, gözlənildiyi kimi, ABŞ-İran danışıqlarını davam edəcək – 2-ci raundun 16 apreldə yenə İslamabadda keçiriləcəyi planlaşdırılır.

Belə qısa müddətdə tərəflərin tələblərində nə dəyişdi ki, yenidən masa arxasına oturmaq qərarına gəldilər?

Mətbuata sızan məlumatlara və məntiqə görə – heç nə.

Onda bəs niyə danışıqların 2-ci raunduna başlayırlar?

Tələblər dəyişməyib, lakin ABŞ hesab edir ki, “güclü kartlar” qazanıb.

Hansı “kartlar”?

Hörmüz boğazında İrana gedən və İrandan çıxan bütün (neft, qaz, ərzaq, gübrə, sənaye malları və s.) gəmiləri buraxmamaq “imkanı” (ABŞ blokada elan edib);

“George Bush” aviadaşıyıcısının Aralıq dənizinə girməsi.

ABŞ danışıqları cümə axşamı günü keçirməyi planlaşdırıb. Bu da bir növ üstüörtülü təhdiddir. Yəni danışqlar cümə axşamı, uzağı cümə günü və ya 2 gün keçiriləcək. İran ABŞ-ın tələblərini qəbul etməzsə, ABŞ ənənəsinə sadiq qalaraq, cümədən şənbəyə keçən gecə yenidən İranı bombalamağa başlayacaq. Həmin vaxta hələ raketlərini istifadə etməmiş “Gerald Ford” və “George Bush” AZQ-ləri Aralıq dənizində döyüş mövqelərində olacaqlar. Eyni zamanda quru qoşunları da əmr gözləyirlər – ABŞ quru qoşun və texnikasını nümayişkaranə şəkildə intensiv olaraq Yaxın Şərqə toplayır.

Belə olan halda İran danışıqlar masasında ABŞ-ın tələbləini qəbul edə bilərmi?

İran Hörmüz boğazına nəzarət və zənginləşdirilmiş uran məsələlərində ABŞ-a güzəştə getməyəcək. O onsuz da güclü mövqedədir. İran masaya öz tələblərindən geri çəkilmədiyini, yəni ABŞ-ın blefindən qorxmadığını və ABŞ-ın İranın tələblərini qəbul etməkdən başqa yolu olmadığını nümayiş etdirmək üçün oturur.

Müharibə yenidən başlaya bilərmi?

Bilər. Lakin başlayarsa, bir həftədən çox çəkməyəcək. Sonra ABŞ danışıqlar üçün yenidən İrana elçilər göndərəcək.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights