MILLI  PARKDAN SƏMƏRƏLİ İSTİFADƏ OLUNURMU?

Son illərdə Bakı Bulvarı xeyli genişləndirilmiş və Milli park statusu qazanmışdır. Bu, çox xoş və sevindirici haldır. Lakin, bu parkdan kifayət qədər səmərəli istifadə olunurmu? Əsla yox! Parkdakı əyləncə yerləri Bakı şəhər büdcəsinə kiçik həcimli gəlirlər gətirsələr də, burada iri həcmli gəlir verə bilcək obyektlər yoxdur. Digər tərəfdən  milli parkdakı sosial-mədəni mühit çox kasaddır və yalnız dənizə və dəniz havasına görə sakinləri özünə cəlb edə bilir. Amma, müxtəlif şou proqramların, idman şoularının və digər kütləvi mədəni tədbirlərin artırılması sayəsində milli parkın cəlbediciliyini dəfələrlə artırmaq olar. Belə ki,  turistlərin cəlb edilməsi üçün milli oyunların keçirilməsi, milli mətbəxin bütün incəliklərini aça bilən iaşə obyektlərinin artırılması, milli qəhrəmanların, dahi şəxsiyyətlərin heykəl və büstlərinin  ucaldılması, milli dövlətçiliyimizi təbliğ edən açıq sərgilərin, stendlərin, simpoziumların, yarmarka və konfransların təşkil edilməsi, bu barədə öz töhfəsini verə  bilər.

 

AĞASƏF İMRAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir