“Üç qırmızı vərəqə nəzərdən qaçırılıb!”

02.11.2026

ELAZ.İNFO xəbər verir ki, keçmiş hakimlər “Kasımpaşa” – “Beşiktaş” matçını şərh etdilər.


“Süper Lig”də “Kasımpaşa” ilə 2-2 hesablı heç-heçədən sonra “Beşiktaş” həm xal itkisi, həm də mübahisəli hakim qərarları ilə diqqət mərkəzinə düşdü. Keçmiş hakimlər Bülent Yıldırım və Ahmet Çakar, hakimin qərarlarının matçın nəticəsinə birbaşa təsir etdiyini bildirdilər.
“Kasımpaşa” ilə səfərdə qeydə alınan 2-2 hesablı heç-heçədən sonra, hakimin qərarları “Beşiktaş” üçün əsas müzakirə mövzusuna çevrildi. “beIN Sports” kanalında yayımlanan “TRIO” verilişində, “ağ-qaralar”ın (Beşiktaşın) oyunçularına üç fərqli epizodda qırmızı vərəqə göstərilməli olduğu iddia edildi.

Aydan

👁 330
Teqlər: