SİZİNLƏ GÖRÜŞƏ GƏLDİK!

Əziz xalqımın bu xoş, mübarək günlərindən biri olan Yel çərşənbəsi günündə yeni “Elaz.info” saytının araya, ərsəyə gəlməsi bizi çox sevindirir. Medianın İnkişafı Agentliyinin Reystrindən keçmək bizim redaksiya heyətinin məsuliyyətini daha da artırır. Bu etimadı doğrultmaq üçün bacardığımız qədər çalışacağıq.

Qarşıya qoyduğumuz əsas istiqamət ictimai-siyasi məsələlərin işıqlandırılmasıdır, amma bütün məsələlərdə vətəndaş maraqlarını əsas götürərək, xidmət göstərməkdə maraqlıyıq. Millətə sevgı, milli dəyərlərə sayqı, qanunlara hörmət başlıca amacımızdır.

 

Natəvan BƏYDİLİ

“Elaz.info”-nun Baş Redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir