İranın PUA-ları ölkəmizin ərazisində zərərsizləşdirilib

02.11.2026

ELAZ.İNFO Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına əsasən xəbər verir ki, Azərbaycanın İranla dövlət sərhəddində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Aydan

👁 160
Teqlər: