Türkiyə prezidenti Azərbaycan Prezidentini və xalqını Zəfər Günü münasibətilə təbrik edib

02.11.2026

ELAZ.İNFO xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə təbrikini çatdırıb.

Təbrikdə deyilir:

“Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm. Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram”.

Aydan

👁 160
Teqlər: