Azərbaycana qarşı düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib

ELAZ.İNFO xəbər verir ki, Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı Azərbaycan Respublikasının ərazisində “arzuolunmaz şəxs” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.
İran İslam Respublikası mediyası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini radikalizm təşviq olunur, dini nifrət və düşmənçiliyin qızışdırılmasına cəhd olunur, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edilir.
Aydan




