Milli Cəbhə Partiyası Salyan rayon təşkilatının 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə rəsmi bəyanatı

Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri, milli qürur və rəşadət rəmzimiz olan 26 İyun – Silahlı Qüvvələr Günü ölkəmizin hər bir guşəsində böyük qürur hissi ilə qeyd olunur. Müzəffər ordumuzun qazandığı tarixi qələbələr və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır.

ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) Salyan rayon təşkilatı, partiya başqanı, Milli Məclisin deputatı Razi Nurullayev və bütövlükdə MCP adından 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə rəsmi bəyanatla çıxış edib.

“Milli Cəbhə Partiyasının Salyan rayon təşkilatı olaraq, partiyamızın başqanı, Milli Məclisin deputatı Razi Nurullayev və bütöv bir siyasi qüvvə kimi MCP adından xalqımızı, rəşadətli Azərbaycan Ordusunun zabit, gizir və əsgər heyətini 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirik!

Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycan Ordusu regionun ən güclü, dünyanın isə ən hazırlıqlı və modern ordularından biridir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında göstərdiyi qəhrəmanlıqla çoxəsrlik tariximizin ən böyük zəfərinə imza atdı, torpaqlarımızın bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu müqəddəs yolda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfalar və uzun ömür diləyirik.

Milli Cəbhə Partiyasının Salyan rayon təşkilatı bütöv partiya rəhbərliyi və bütün üzvləri adından bəyan edir ki, biz hər zaman dövlətimizin, millətimizin və şanlı ordumuzun yanındayıq. Silahlı Qüvvələr Günümüz mübarək olsun!”

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın