Mərakeşdə Çexiyadan tarixi qələbə: Çin öz meydanında məğlub oldu

Voleybol üzrə Millətlər Liqasının (VNL) Nankin mərhələsi gözlənilməz idman sensasiyası ilə başlayıb. Çexiya millisi beynəlxalq yarışlar tarixində ilk dəfə Çin komandasına qalib gələrək böyük bir ilkə imza atıb.

ELAZ.İNFO xəbər verir ki, Çinin gənc heyətlə mübarizə apardığı qarşılaşma çexiyalı voleybolçuların tam üstünlüyü ilə başa çatıb. Çərşənbə günü start götürən turnirdə, həmçinin Belçika və Serbiya yığmaları da ilk günü qələbə ilə tamamlayan tərəf olublar. Çexiya millisi çinli rəqiblərinə heç bir set vermədən quru hesablı qələbə qazanıb. Görüşün setlər üzrə hesabı aşağıdakı kimi formalaşıb:

1-ci set: 25-20 (Çexiyanın xeyrinə) 2-ci set: 25-20 (Çexiyanın xeyrinə) 3-cü set: 26-24 (Çexiyanın xeyrinə)

Sonuncu set olduqca gərgin keçsə də, Çin millisi vəziyyəti xeyrinə dəyişə bilməyib və meydandan məğlub ayrılıb. Bununla da Çexiya voleybolçuları Çin üzərində tarixi ilk qələbələrini rəsmiləşdiriblər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın