Meloni İlham Əliyevə təşəkkür edib

28.09.2026

ELAZ.İNFO xəbər verir ki,Azərbaycan İtaliyada dizel yanacağının qiymətlərinin artımının qarşısını almaq üçün qiymət həddi tətbiq etmək qərarına gəlib.

Bu barədə İtaliyanın Baş naziri Corcia Meloni “X” sosial şəbəkəsində məlumat verib.

“Eni”dən sonra IP də ölkə üzrə yanacağın qiymətlərinə yuxarı hədd tətbiq etmək qərarına gəlib. Bu, italyan ailələrinə göstərilən diqqətin mühüm göstəricisidir və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir”, – deyə Meloni bildirib.

İtaliyanın Baş naziri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirən bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.

Aydan

Bizi izləyin və paylaşın
👁18
Teqlər: