Azərbaycan ədəbi dilinin qorunması, mediada dil mədəniyyətinin yüksəldilməsi və peşəkar nitq mühitinin inkişafı istiqamətində növbəti vacib nəşr işıq üzü görüb.
ELAZ.İNFO xəbər verir ki, Medianın İnkişafı Agentliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının birgə təşəbbüsü, “Azərsun Holdinq”in dəstəyi ilə “Mediada Azərbaycan dili” kitabı dərc edilib. Nəşrin əsas məqsədi aşağıdakı istiqamətlərə töhfə verməkdən ibarətdir: Azərbaycan ədəbi dilinin normaları ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsi; Audiovizual mediada dil mədəniyyətinin yüksəldilməsi; Peşəkar nitq mühitinin formalaşdırılması. Yeni kitab jurnalistlər, aparıcılar və media sahəsində çalışan mütəxəssislər üçün dəyərli masaüstü vəsait rolunu oynayacaq.
Ruslan MƏMMƏDOV


