ELAZ.İNFO xəbər verir ki, Türkiyənin iştirakı ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə işçi qrup yaradılacaq. Makron bildirib ki, Ukrayna üçün potensial təhlükəsizlik öhdəliyi qüvvəsinə Fransa, Britaniya və Türkiyə qoşunları daxil ola bilər.
Ukrayna üçün sülhməramlı işçi qrupu planlaşdırılır.
Türkiyənin də daxil olduğu könüllülər koalisiyası bu kontekstdə görüş keçirib.
Görüşdə çıxış edən Zelenski planın detallarını ABŞ prezidenti Donald Trampla müzakirə etmək istədiyini bildirib.
Fransa prezidenti Emmanuel Makron görüşdən sonra çıxış edib.
Fransa prezidenti Emmanuel Makron 30-dan çox ölkənin daxil olduğu və Ukraynada müharibədən sonrakı sülhü təmin etməyi hədəfləyən Könüllülər Koalisiyasının iclasından sonra açıqlama verib.
Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə həmsədrlik etdiyi onlayn görüşdən sonra verdiyi açıqlamada Makron görüşdə iştirak edən bütün ölkələrin Ukraynada ədalətli və davamlı sülh arzuladığını bildirib.
Makron Ukrayna ordusuna heç bir məhdudiyyət qoyulmayacağını bildirib. Sülh sazişindən sonra yeni bir hücuma qarşı ən vacib maneə Ukrayna ordusunun olacağını vurğulayan Makron, “Cenevrədəki danışıqlar Ukrayna ordusuna heç bir məhdudiyyət qoyulmayacağını göstərdi” deyib.
Ukraynada hərtərəfli sülh sazişindən sonra Ukraynanın ehtiyac duyacağı təhlükəsizlik zəmanətlərini aydınlaşdırmaq üçün işçi qrupunun yaradılacağını əlavə edən Makron, “Fransa və Böyük Britaniyanın rəhbərliyi altında, dənizçilik sahəsində rolu xüsusilə vacib olan Türkiyənin və ABŞ-ın da yaxından iştirakı ilə işçi qrupu yaradılacaq” deyə söyləyib.
Makron həmçinin Fransanın digər Aİ ölkələri ilə birlikdə dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya maliyyə dəstəyi göstərmək üçün bir həll yolu hazırlayacağını açıqladı və vurğulayıb ki, “Bildiyiniz kimi, bunlar son dərəcə vacibdir və eyni zamanda təzyiq vasitəsidir. Buna görə də, yaxın günlərdə bu məsələdə birbaşa iştirak edən Avropa ölkələri ilə və əlbəttə ki, Avropa Birliyi və Avropa Komissiyası ilə əlaqələndirilərək, Ukrayna üçün maliyyələşdirmə zəmanətləri təmin edən və Rusiyaya təzyiqi davam etdirən bir həll yolu hazırlayacağıq.”
Günel GÜNTAC


