Kolumbiyada kömür mədənində partlayış oldu: 9 mədənçi həyatla vidalaşdı

Kolumbiyada kömür mədənində partlayış: 9 mədənçi həlak olub.
ELAZ.İNFO Reuters-ə istinadən xəbər verir ki, qaz yığılması nəticəsində baş verən partlayışdan sonra ən azı 12 işçi 600 metr dərinliyindəki mədəndə ilişib qalıb.

Kolumbiyanın paytaxtı Boqotadan 74 kilometr şimalda yerləşən Sutatausa şəhərindəki kömür mədənində partlayış baş verib.

4 may bazar ertəsi axşamı baş verdiyi bildirilən partlayışda 9 işçi ölüb, 6 nəfər yaralanıb. Partlayışdan sonra ən azı 12 mədənçinin mədəndə 600 metr dərinlikdə ilişib qaldığı bildirilib.

La Çiskuda kömür mədənində baş verən hadisədən sonra verilən açıqlamada rəsmilər partlayışın səbəbinin qaz yığılması olduğunu vurğulayıblar.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights