ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentini tənqid edib.
Bunu ölkə rəhbəri Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında bəyan edib.
O qeyd edib ki, bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası kimi eyni yanaşmanı nümayiş etdirmir.
Prezidentin sözlərinə görə, belə institutlardan biri Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasıdır.
İlham Əliyev xatırladıb ki, “Mən özüm o zaman Azərbaycan nümayəndə heyətinin rəhbəri və parlamentin deputatı kimi AŞPA-nın fəal üzvlərindən biri idim. 2024-cü ilin yanvarına qədər Avropa Şurasında nümayəndə heyətimizə qarşı heç vaxt məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul edilmiş və 30 il ərzində kağız üzərində qalmış dörd qətnaməsini müstəqil şəkildə həyata keçirdik. Lakin bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi”
N.B
