Dəhşət!!! Hər iki uşaqdan biri aclıqdan dünyasını dəyişir

Somalidə ard-arda baş verən quraqlıq və yağıntıların olmaması yüz minlərlə insanı ərzaq, içməli su və təsərrüfatdan məhrum edərək humanitar fəlakət həddinə çatdırıb.

ELAZ.İNFO xəbər verir ki, “Sərhədsiz Həkimlər” (MSF) beynəlxalq humanitar təşkilatının yaydığı son hesabatda ölkədəki vəziyyətin kritik həddə çatdığı bildirilib. Təşkilatın Somalinin cənub-qərbində yerləşən Baydoa şəhərindəki məcburi köçkün düşərgələrində apardığı müayinələrin nəticələri xüsusilə dəhşətlidir: Müayinə edilən hər iki uşaqdan biri kəskin, hər dörd uşaqdan biri isə ağır dərəcəli qida çatışmazlığından (yetersiz bəslənmə) əziyyət çəkir. Ölkədəki ailələrin üçdə biri gün ərzində yalnız bir dəfə qidalanmaqla həyatda qalmağa çalışır. MSF bəyan edib ki, dünya ictimaiyyəti rəsmi olaraq “aclıq” elan olunmasını gözləməməli və kütləvi insan itkilərinin qarşısını almaq üçün təcili hərəkətə keçməlidir. Təşkilat donor ölkələri, beynəlxalq qurumları və səhiyyə strukturlarını zəruri maliyyə ayrılmasına və təxirəsalınmaz, əlaqələndirilmiş humanitar yardım göstərməyə çağırıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın