ELAZ.İNFO xəbər verir ki, Masazır qəsəbəsində yol hərəkəti zamanı baş vermiş mübahisə ilə bağlı saxlanılan sürücü hakim qarşısına çıxarılıb.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə Həmzə Mustafayevə 15 sutka inzibati həbs verilib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 232-1-ci (özgənin əmlakını qəsdən zədələmə və ya məhv etmə) maddələri ilə təqsirli bilinib.
İki gün əvvəl sosial şəbəkələrdə H.Mustafayevin mübahisə zamanı idarə etdiyi “Mercedes” markalı avtomobili qəsdən “Kia”nın üzərinə sürdüyünü əks etdirən görüntülər yayılmışdı.
Sənan Altay.
