-Biz nə qədər sakit yanaşsaq da, tarixi torpaqlarımıza qarşı boylanan yad baxışlar, işğalçı iddialar milli-mənəvi, eləcə də siyasi sabitliyimizi, rahatlığımızı pozan bir məsələdir.
“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Şaban Nəsirov ELAZ.İNFO-ya bildirir ki, məlumdur ki, kürdlər çox vaxt müxtəlif tipli “Kürdüstan” xəritələri paylaşırlar. Məndə onlardan birini ChatGPT verdim ki, doğurdanmı “Kürdüstanın” xəritəsi budur?
ChatGPT sən demə işin nə yerdə olduğun bilirmiş, dedi bəli, “xəritə” budur, amma tam deyil. İndi mən əsl “Kürdüstan” xəritəsin hazırlayacam. Dedim hazırla. Zalım balası elə bil proqram deyil, tarixçi kimi xəritə çızdı. Aşağda cızdığı xəritəni verəcəm.
Kürdlər inciməsin, onların istifadə elədiyi proqramdır, yalan deməz hər halda”.
Şaban Nəsirov vurğulayır ki, “Mən bu xəritəni əsl “Kürdüstan” xəritəsi halına salıb paylaşdım. İndi statistik məlumatlara baxdım, maraqlı bir statistika gördüm, deməli bizim ölkəni kənara qoysaq, ən çox Ermənistandan baxış olub (4.4%), Türkiyədən baxış daha azdı, əslində onların daha çox reaksiya verəcəyni düşünürdüm. Sosial şəbəkələrdə ermənilərin aktivliyi daha çox imiş, ya da onların da belə xəritələrə qarşı bir manyak sevgiləri var. Bəlkə də o üzdən cəlb edib onları”.

İlahə BAYINDIR
