Əhmədian: -“Düşmənin hər hansı qərarının bədəli dözə biləcəyindən ağır olacaq”

Ali Məqamlı Rəhbərin İran Müdafiə Şurasındakı nümayəndəsi verdiyi açıqlamada deyib ki, “Amerikalı dəniz quldurları başa düşməlidirlər ki, onların qərarları dözüm həddini aşacaq bir qiymətə başa gələcək”.

ELAZ.İNFO xəbər verir ki, kontr-admiral Əli Əkbər Əhmədian bildirib ki, “İran İslam Respublikası bir hərəmdir və onun təhlükəsizliyi müzakirə olunmayan bir prinsipdir”.

O, əlavə edib:

-“Dünyanın dəniz və enerji təhlükəsizliyini əsir alan amerikalı dəniz quldurları bilməlidirlər ki, meydanın dərinliyindəki hibrid, mürəkkəb və asimmetrik əməliyyatlar tənlikləri elə dəyişəcək ki, onlar üçün istənilən qərarın bədəli dözə biləcəklərindən daha ağır olacaq.

O, bunun sadəcə bir xəbərdarlıq olmadığını, Allahın izni ilə reallaşacaq bir həqiqət olduğunu vurğulayıb.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights