Göygöldə V Milli Yaylaq Festivalı başladı

27.07.2026 Müəllif: Natəvan BƏYDİLİ Şərh: 0

ELAZ.İNFO xəbər verir ki, Türk dünyasından olan qonaqlar Göygöldə bir araya gəldi.

Azərbaycanın Göygöl rayonunun Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində V Milli Yaylaq Festivalı start götürüb. İyulun 24–26-sı tarixlərində keçirilən festival Türk dünyasının ortaq mədəni irsini yaşatmaq və tanıtmaq məqsədi daşıyır.

Festival Göygöl Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, TİKA, Dünya Etnospor Konfederasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və KAP.AZ MMC-nin birgə təşəbbüsü əsasında təşkil olunur.

Festival çərçivəsində xalçaçılıq sərgisi, sənətkarlıq guşələri, oxatma, atçılıq, zorxana, etnospor yarışları, aşıq musiqisi, folklor proqramları, milli rəqslər, kəndirbaz və alov şouları, “Yaylaq süfrəsi” və digər mədəni tədbirlər keçirilir. Festivalın ilk günündən etibarən “Xan Yurdu” etnoqəsəbəsinə minlərlə turistin axını müşahidə olunur.

Natəvan Bəydili

Bizi izləyin və paylaşın
👁 0
Teqlər:
Natəvan BƏYDİLİ