“Erməni ilə döyüşmək üçün təkcə silaha yox, mənliyə və qeyrətə ehtiyac var. Silahı hamı tapar, qeyrəti tapmaq çətindir” Fred Asif
Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub.1969-cu ildə burada 1 saylı məktəbi bitirmişdir. Asif Məhərrəmovun Fred ləqəbi alması haqqında dostları danışır ki, hələ yeniyetmə yaşlarında “Birinci vur, Fred” adlı fransız filminə dəfələrlə baxmışdı. Çox sevirdi bu filmi. Dostları ona “sən Fred kimi vuruşursan” deyirdilər.
Fredin hərfi tərcüməsi sədaqətli dost deməkdi.
1992-ci ilin dekabr ayının 7-də Respublika prezidenti Əbülfəz Elçibəy tərəfındən təltif olunan Fred Asif bu addan imtina etdi. Cavabı isə çox qəti və məntiqli oldu:
– Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq.
Heydər Əliyev 1993-cü il iyulun 17-də Ağdamın işğalından cəmi 6 gün öncə Asif Məhərrəmovu təkcə qəbul edərək, 3 saata yaxın onunla söhbət edir
Dövlət başçısı ona Almaniyada yüksək səviyyədə müalicə təklif edir. Lakin Fred Asif Heydər Əliyevə deyir:
“Məndən narahat olmayın, özüm-özümü müalicə edərəm, siz torpaqların müdafiəsi və azad edilməsinə çalışın, bu, bizə hər şeydən vacibdir…”
Fred Asifin 1991-ci ilin 15 noyabrında yaratdığı “Haqq Cəbhəsi” batalyonunda digər üç qardaşı ilə bərabər döyüşüb, hər birisi yaralanıb. Yeri gəlmişkən, erməniləri öz adı ilə vahiməyə salan bu batalyonun iki üzvü Milli Qəhrəman, 5 nəfəri “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Fred Asif hər döyüş qabağı deyirdi:
Ya Seyidlazım ağanın cəddi, mənim atdığım mərmilər nə uşağa,nə qadına dəyməsin!…Atəş!!
Fred Asifin batalyonu Füzulini hələ 1992-ci ildə işğal olunmaqdan xilas edib. Belə ki, ermənilərin qəfil hücum planı barədə məlumat aldıqdan sonra “Qrad” atəşi ilə düşmənin mövqelərini darmadağın edərək əməliyyat planını pozub.
O, bu rütbəni birbaşa almışdı. Üstəlik peşəkar hərbçi də deyildi. Yalnız ətrafındakı insanları döyüşə hazırlamaq bacarığı və cəsarətli xarakterinə görə ona məhkumluğu olmasına baxmayaraq birbaşa polkovnik-leytetant rütbəsi verilmişdi.Müharibə xatirələrində əsgərləri bildirir ki, o, yemək paylananda özü hamıdan sonraya qalar, hər bir əsgərin doyduğundan əmin olduqdan sonra süfrəyə əl uzadardı.
Cəbhədə ermənilər onun əsl adından çox “Fred” ləqəbini tanıyırdılar. Radiodanışıqlarda bu adı eşidəndə onun komandirlik etdiyi istiqamətdən xüsusi çəkinirdilər, çünki onun batalyonu xüsusi çevikliyi və taktiki gedişləri ilə seçilirdi.
Cəbhədə Fred Asifin sürdüyü “QAZ-66” markalı hərbi maşın əfsanəyə çevrilmişdi. Əsgərlər danışır ki, o, maşını bir çox ağır döyüş zonalarına qorxmadan sürərdi. Həmin maşın dəfələrlə atəşə tutulsa da, Asif hər dəfə oradan sağ-salamat çıxırdı. Əsgərlər arasında zarafatla deyirdilər ki, “Fredin maşınına güllə batmır”.
Xocalı soyqırımından sonra Qarabağ FK-nun oyunçuları döyüşə getmək istəyirdi. Çünki heç kim futbol haqqında düşünə bilmirdi.
Fred Asifə yaxınlaşaraq onun dəstəsinə qoşulmaq istəyən futbolçulara acıqlanaraq dedi: “Mən döyüş üçün 11 min insan taparam, amma 11 futbolçu tapa bilmərəm ki, “Qarabağ”ın heyətində oynasın. Fred Asif dedi ki, kişiliyiniz çatırsa, ev oyununuzu məhz Ağdamda oynayın, Ağdamda futbol yaşadıqca ermənilər də biləcək ki, Ağdam yaşayır. “
Əsgərlərinə daima deyirdi….
“Ay uşaqlar, bilin, bu torpaqdan başqa bizə yer yoxdu! Qeyrət də, namus da, xətir-hörmət də, qarasaqqal da, ağsaqqal da bu torpaqdadı! Bu torpaqdan o yana çıxdınız, hamısını itirəcəyik”
Allah sənə rəhmət eləsin Komandir
. Zaur Əliyev
Prof.Dr


