Dənizində öldürülənlərin cənazələri vətənə gətirildi


ELAZ.İNFO xəbər verir ki, Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi.

Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun cənazələri Azərbaycana gətirilib.

Cənazələrin dəfn mərasimi keçiriləcək.

Sözardı: iyunun 5-də gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin – “Natra” və “Zirkon” quru yük gəmilərinin dronlarla vurulması nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb.

Aydan

Bizi izləyin və paylaşın