Tbilisinin “Didube” metro stansiyasında sərnişin rels yoluna düşüb.
ELAZ.İNFO Tbilisi Nəqliyyat Şirkətinə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq “Axmeteli” və “Vağzal Meydanı” stansiyaları arasındakı hissədə qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Şirkətin açıqlamasına görə, metro hazırda sərnişinlərə yalnız “Vağzal Meydanı” – “Varketili” stansiyaları arasında xidmət göstərir.
Məlumatda o da qeyd olunub ki, relslərə yıxılaraq ölən sərnişin gənc qadındır.
