Formula 1 səbəbindən Bakıda bəzi universitetlərdə dərslər onlayn keçiriləcək


ELAZ.İNFO xəbər verir ki, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi təhsil müəssisələrinin fəaliyyətinə də təsir edib. Paytaxtdakı ali məktəblərdə sentyabrın 23-dən 25-dək tədrisin təşkilinə dair xüsusi qərarlar qəbul olunub.
Bakı Dövlət Universitetində də həmin günlərdə dərslərin onlayn formatda keçirilməsi nəzərdə tutulub. Universitet bunun yarışla əlaqədar şəhərdə nəqliyyat və hərəkət imkanlarının dəyişməsi ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Bakının beş məktəbində də sentyabrın 22-dən 26-dək tədrisin distant formada aparılacağı açıqlanmışdı.
İslam MAHMUDOV
15





