Əsas diqqət kommunikasiyalara yönəlir

Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələ: Əsas diqqət kommunikasiyalara yönəlir

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində proses regional gündəmin əsas mövzularından biri olaraq qalır.

2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə əldə olunan razılaşmalardan sonra tərəflər arasında sülh gündəliyinin icrası, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması məsələləri diqqət mərkəzindədir.

ABŞ, Azərbaycan və Ermənistanın 2026-cı ilin avqustunda yaydığı birgə bəyanatda tərəflərin sərhəddə sabitliyin qorunması və münasibətlərin normallaşdırılması istiqamətində addımlar atdığı bildirilib.

Sənəddə regionun nəqliyyat imkanlarının genişləndirilməsi də xüsusi yer tutur. Azərbaycan ərazisində yeni avtomobil və dəmir yolu bağlantılarının yaradılması istiqamətində işlərin aparıldığı, Ermənistan ərazisində isə TRIPP layihəsi üzrə mühəndislik araşdırmalarının başladığı qeyd olunub.

Bu prosesin nəticələri Cənubi Qafqazın nəqliyyat, logistika və ticarət xəritəsinə ciddi təsir göstərə bilər.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın