ELAZ.İNFO xəbər verir ki, Ərdəbildən olan azərbaycanlı müəllim sosial media fəaliyyəti səbəbilə işdən çıxarılıb
İran Müəllimlərinin Həmkarlar İttifaqları Koordinasiya Şurası bildirib ki, Ərdəbil Təhsil İdarəsində müqaviləli müəllim kimi çalışan Müctəba Əmiri inzibati və seçim mərhələlərini keçməsinə baxmayaraq, sonda Təhsil Nazirliyində fəaliyyətini davam etdirmək hüququndan məhrum edilərək işdən çıxarılıb.
Qurumun məlumatına görə, əslən Ərdəbildən olan azərbaycanlı müəllim bir il əvvəl “İnstaqram fəaliyyəti” səbəbilə vəzifəsindən müvəqqəti uzaqlaşdırılmışdı.
Nəhayət, Təhsil Nazirliyinin Seçim Komissiyası qərar qəbul edərək Müctəba Əmirinin müəllim kimi ümumi səlahiyyətlərini təsdiqləməyib. Bu qərar onunla əməkdaşlığa xitam verilməsi və Təhsil Nazirliyindən çıxarılması ilə nəticələnib.
EMİN Azəri Ərdəbil


