Elmar Həsənli: -“Urartuların Naxçıvana hücumları uğursuz olmuşdur”

Qədim Azərbaycan torpağı olan Naxçıvan və bu qədim diyarın tarixi ilə bağlı yeni tapıntılar var.

Bu barədə tarixçi Elmar Həsənli ELAZ.İNFO-ya deyib ki, “Dünən təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra nəhayət ki tapıldı. Bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir. Onlar indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə kurban kəsilməsindən bəhs edilir”.

E.Həsənli onu da qeyd edib ki, “Araşdırmalar göstərir ki, Urartuların Naxçıvana hücumları uğursuz olmuşdur. Sisianda tapılan yazıdan məlum olur ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası onara xərac verməklə öz müstəqilliyini qoruyub saxlamışdır”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın