Döyüş hazırlığı üzrə məşqlər keçirilib 

20.05.2025 Müəllif: İlahə BAYINDIR Şərh: 0

ELAZ.İNFO, BAKI, 20.05.2025.

ELAZ.İNFO Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış “İkitərəfli hərbi əməkdaşlıq planı”na əsasən, Serbiya Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün döyüş hazırlığı üzrə məşqlər keçirilib.


Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mütəxəssisləri tərəfindən keçirilən hazırlıqda döyüş əməliyyatları zamanı müxtəlif silahların tətbiqi, döyüş düzülüşü, irəliləmə texnikası, pilotsuz uçuş aparatları, müşahidə və zərbə dronlarından istifadə qaydaları və üsulları məşq etdirilib.


Təlim çərçivəsində praktiki atışlar icra olunub.

Bizi izləyin və paylaşın
👁0
Teqlər:
İlahə BAYINDIR

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.