İllərdir bu foto Ermənistan tərəfindən “humanizm” təbliğatı kimi paylaşılır. Ermənilər iddia edirlər ki, ermənilər “girov və əsirlərə” qarşı insani davranış göstəriblər və onlar Azərbaycanlılara qarşı ‘şiddət və zorakılıq” göstərməyiblər.
İndi isə bu erməni təbliğat yalanını ifşa edək.
Sosial mediada illərdir paylaşılan bu fotonu fotoqraf Zaven Xaçikyan tərəfindən 1993-cü ildə, Kəlbəcər rayonu, Dalqılınclı kəndində çəkilib. Ermənilər iddia edirlər ki, guya Azərbaycan tərəfi qadını “qoyub qaçıb”. Bəs reallıq nədir ?
Birinci Qarabağ müharibəsinin real şahidləri və tədqiqatçıları təsdiq edir ki, ermənilər Kəlbəcər rayonunu işğal edəndə ağır texnika və silahlardan istifadə ediblər. Eyni zamanda dinc insanları xilas etməyə gələn helikopterlərə imkan verməmiş, həmçinin özləri Azərbaycan dilin bilmələrindən istifadə edərək helikopterlə özləri gəlib neçə neçə dinc insanı oğurlayıb aparıblar.
Vaxtında kömək gəlmədiyi üçün şəkildə olan Şaxanım Allahverdi qızı Cəfərova, Şeyxa nənə və ailəsi kənd qəfil mühasirəyə düşdüyü üçün əsir düşüblər. Şeyxa nənə yaşlı və xəstə olduğu üçün evindən çıxa bilməyib.
1910-cu ildə anadan olan Şeyxa nənə şəkil çəkiləndə təxminən 81-83 yaşlarında olub. Şeyxa nənənin yanındakı şəxs isə əslən Türkiyə ermənisi olan və Fransadan döyüşmək üçün gələn könüllü Sarkis Atsupanyandır.1962-ci ildə Türkiyənin İskəndərun şəhərində anadan olub.
1980-ci illərdə Fransaya köçüb, orada təhsil alıb və Fransa vətəndaşlığı qazanıb və Qarabağ müharibəsi başlayanda qazanc və talançılıq məqsədi ilə qanunsuz olaraq Qarabağa gəlib.
Foto 1993-cü ilin aprel ayında, Kəlbəcərin işğalı zamanı çəkilib və Kəlbəcərin Dalqılınclı kəndinə daxil olan zaman yaşlı qadın və yaxınlarını əsir götürüblər. Türk dilində yaşlı qadın ilə ünsiyyət quran Sarkis gizlənməyə çalışan adamların üzə çıxmasına inandırıb və onları əsir götürüb Ermənistana aparıblar.
Şeyxa nənə və digər kənd sakinləri Ermənistanın Vardenis rayonunda girov kimi saxlanıblar.
Şeyxa nənə bir müddət əsirlikdə qaldıqdan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə Azərbaycan tərəfinə təhvil verilmişdir. Lakin yaşlı qadın yaşadığı ağır stress, doğma yurdunun itirilməsi və əsirlik travmalarına dözməyərək azad olunduqdan qısa müddət sonra vəfat etmişdir.
Ermənilər isə o dövrdə bu fotonu hər yerdə yayaraq guya humanist olduqlarını göstərməyə çalışıblar, lakin bu kadrın arxasındakı işğal həqiqəti heç vaxt dəyişmədi.
Kəlbəcər hücuma məruz qalanda Şeyxa nənənin oğulları və yaxınları döyüşdə olub, kəndin uşaqlar və qadınları isə Murov dağı istiqamətinə gediblər. Nənənin isə yerimək imkanları olmadığı üçün inad edərək evində qalıb.
Fotonun müəllifi Zaven Xaçikyan sonralar verdiyi müsahibələrdə etiraf etmişdi ki, o zaman kənddə qalan azərbaycanlıların qəfil hücum zamanı evlərindən çıxmaq imkanları olmayıb.
Bütün dünya bilsin ki, ermənilərin istifadə etdiyi bu foto əslində “dostluq” yox, işğalın və əsirliyin fotosudur.
Zaur Əliyev
Prof.Dr.
