D Vitamini- Diqqət edin

Orqanizmdə D vitamininin əskikliyi sümüklərin elastikliyinə və zəifləməsinə gətirib çıxarır.

Qeyd etdiyimiz mərhələ uşaqlarda raxit, böyüklərdə isə osteomalyasiyanın inkişaf etdirir.

O da bəllidir ki, D vitamini revmatoid artrit (iltihabi revmatizm) kimi xəstəliklərin qarşısını alır və kəskin respirator infeksiyalar riskini azaldır.

Hazərda yay fəslindəyik. Günün müəyyən saatlarında günəşin işıqları altında olmağımız həkimlər tərəfindən də tövsiyə olunur.

Günəş işığından istifadə etmək, ondan yararlanmaq orqanizmimizdə D vitaminin artmasına səbəb ola bilər. D vitaminin normada olması isə sağlam olmağımız deməkdir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın