Artıq Rusiyanın hər yerində ab-hava dəyişilib. Nə qədər ki ruslar müharibəni hiss etmirdilər, əksəriyyəti özünü müharibə tərəfdarı kimi göstərir, Putin deyib dururdular.
İndi isə, elə deyil. Gecə yuxuya gedərkən, dron səslərindən sək-səkəyə düşən, səhər ayılanda isə partlayış səslərindən vahimələnən şəhər sakinləri tezliklə bu mənasız müharibənin bitməsini istəyir və baiskar kimi Putini bu və ya digər formada ittiham etməyə başlayıblar.
Bu gecə isə Ukrayna dronları 1000 km məsafə qət edərək Çeboksarıda ruslara dərs veriblər.
Ukraynanın “Flamingo”ları Çeboksarıya uçub.
Hücumun hədəfi “VNİİR-Proqress” zavodu olub. Bu müəssisə “Shahed” dronlarında, həmçinin “İskander-M” və “Kalibr” raketlərində istifadə olunan “Kometa” naviqasiya avadanlıqları və antenləri istehsal edir.
Çeboksarı şəhərində yerləşən “VNİİR-Proqress” Ukrayna sərhədindən təxminən 1000 kilometr uzaqdadır.
Nəriman Abdinov
