Bu gün hava necədir?

15.08.2025 Müəllif: İlahə BAYINDIR Şərh: 0

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 mm-dək qeydə alınıb.

Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

Bizi izləyin və paylaşın
👁0
Teqlər:
İlahə BAYINDIR