Bu gün hava necədir?

23.05.2025 Müəllif: İlahə BAYINDIR Şərh: 0

ELAZ.İNFO, BAKI, 23.05.2025.

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gündüz 26-31° isti, dağlarda gündüz 15-20° isti olacaq.

Bizi izləyin və paylaşın
👁0
İlahə BAYINDIR

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.