Bazar, 8 Noyabr, 2026
BAKI · HAVA11°C · Yağış
NAMAZ VAXTIAxşam · 17:50
SON XƏBƏRLƏR
Son xəbərlər

Səfir Azərbaycana təşəkkür edib

ELAZ.İNFO xəbər verir ki, “Azərbaycan bu gün Ukraynaya qış mövsümünə hazırlıq üçün həyati əhəmiyyət daşıyan növbəti elektrik avadanlıqları paketini göndərib”. Bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı…

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində "Avaza" Milli Turizm Zonasında keçirilən Mərkəzi Asiya dövlətləri və xarici işlər nazirlərinin müşavirəsində iştirak və çıxış edib. Gunaz.tv Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. C. Bayramov müşavirənin ali səviyyəli sammit ərəfəsində keçirilməsinin əməkdaşlığın əsas istiqamətləri üzrə ilkin müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Ötən il Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edilməsinin ölkələrimiz arasında tarixi və mədəni bağlara, qarşılıqlı etimada və birgə strateji maraqlara əsaslanan dərin inteqrasiya proseslərinin göstəricisi olduğu qeyd edilib. Müasir dövrdə artan qlobal qeyri-sabitlik, geosiyasi rəqabət və təchizat zəncirlərinin pozulması fonunda dövlətlərin iqtisadi və enerji təhlükəsizliyi üçün regional əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. Bu çərçivədə, C6 formatı iştirakçıları arasında bərabərhüquqlu və etimada əsaslanan siyasi dialoqun, ticarət və qarşılıqlı investisiyaların genişləndirilməsinin önəmi diqqətə çatdırılıb. Nazir strateji əhəmiyyət kəsb edən nəqliyyat və enerji sahələrindəki əməkdaşlığa toxunaraq, Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında və beynəlxalq ticarətdə Orta Dəhlizin artan rolunu qeyd edib. Həmçinin, yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində ölkələrimiz arasında inkişaf edən strateji tərəfdaşlığın, eləcə də nəqliyyat və rəqəmsal bağlantı layihələrinin regionun potensialının tam reallaşdırılması üçün əhəmiyyəti vurğulanıb. Çıxışda ekoloji gündəliyə xüsusi diqqət ayrılıb. İqlim dəyişikliyinin fəsadları, Aral dənizi və su problemləri ilə yanaşı, Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsinin sahil infrastrukturuna və ekoloji vəziyyətə mənfi təsiri qeyd olunaraq ciddi narahatlıq ifadə edilib. Bu problemlərin həlli üçün sistemli elmi yanaşma, məlumat mübadiləsi və regional əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Sonda nazir C. Bayramov müşavirənin yekunlarına əsasən qəbul ediləcək sənədlərin və əldə olunacaq razılaşmaların gələcək uzunmüddətli əməkdaşlıq üçün aydın istiqamət olacağına əminliyini ifadə edib. Azərbaycanın bu formatın möhkəmlənməsinə və qarşıya qoyulan vəzifələrin icrasına fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib.

Orta Dəhlizin rolunu getdikcə artırır

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanda Mərkəzi Asiya dövlətləri və xarici işlər nazirlərinin müşavirəsində iştirak və çıxış edib. Bu barədə…

TFF Vinçenzo Montella ilə yolları ayırır!

TFF Vinçenzo Montella ilə yolları ayırır!

ELAZ.İNFO xəbər verir ki, TFF Arda Turanla bağlı gözlənilməz addım atıb. TFF cümə günü Vinçenzo Montella ilə yollarını ayıra bilər. Federasiya Arda Turana ikili vəzifə…

Boğaz ağrınız varsa, diqqət yetirin!

Boğaz ağrınız varsa, diqqət yetirin!

ELAZ.İNFO xəbər verir ki, qış aylarında tez-tez rast gəlinən boğaz ağrısı və boğaz qıcıqlanması gündəlik həyata mənfi təsir göstərə bilər. Virus və ya bakteriya mənşəli…

Övladlarına vitamin verən valideynlər

ELAZ.İNFO xəbər verir ki, payızın gəlişi ilə uşaqlar arasında infeksiyaların artdığı bir dövrdə, ailələrin immuniteti gücləndirmək məqsədilə müraciət etdiyi vitamin əlavələri müəyyən risklər yarada bilər….

Hörmüz boğazında tanker böhranı

Trampa görə Hörmüz Amerikaya məxsusdur

ELAZ.İNFO xəbər verir ,ABŞ Prezidenti Donald Tramp Baltimorda keçirdiyi mitinqdə qeyd edib ki, Hörmüz boğazının hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir. “Hörmüz boğazı ABŞ Hərbi…

Tovuzda 29 yaşlı gənc boğazından bıçaqlandı: Qatil kimdir?

Tovuzda 29 yaşlı gənc boğazından bıçaqlandı: Qatil kimdir?

ELAZ.İNFO xəbər verir ki, Tovuzda ailə daxilində baş verdiyi bildirilən mübahisə 29 yaşlı kişinin xəsarət alması ilə nəticələnib. Rayonun Ağdam kəndində yaşayan Nicat Məmmədov boğaz nahiyəsindən bıçaq xəsarəti…