Bizi müharibəni başlayacağımız təqdirdə sanksiya ilə hədələyirdilər

ELAZ.İNFO xəbər verir ki, İlham Əliyev MİNSK qrupunun apardığı bütün görüşləri mənasız adlandırdı.

Prezident bildirib:”Azərbaycan torpaqları işğal altında olan zaman 30 il ərzində dəfələrlə mənasız danışıqlar aparıldı:”

Bunu İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Dövlət başçısı ATƏT-in keçmiş Minsk qrupunu nəzərdə tutaraq deyib ki, onların yeganə hədəfi Azərbaycanın torpaqlarının Ermənistanın işğalı altında saxlaması idi:

“Sülhü əldə etmək, ərazilərimizi işğal altından azad etmək mandatına malik olan ATƏT-in Minsk qrupunun həmsədrləri – BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri Fransa, Rusiya, ABŞ – Ermənistanı Azərbaycanın ərazilərindən çıxmağa vadar edə bilmirdi. Danışıqların aparılması elə onların birgə qərarından irəli gəlirdi”.

N.B

Bizi izləyin və paylaşın