İcmalarda görüşlər davam edir

ELAZ.İNFO xəbər verir ki, “Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi çərçivəsində Əsgərabad kənd icmasında görüş keçirildi


“Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Əsgərabad kənd icmasında təşkil olundu.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin əsas məqsədi ətraf mühitin mühafizəsi sahəsində ictimai maarifləndirməni gücləndirmək, ekoloji məsuliyyət hissini artırmaq və icmaların davamlı inkişaf prosesində fəal iştirakını təşviq etməkdir.
Görüş zamanı iştirakçılarla ətraf mühitin qorunmasının əhəmiyyəti, tullantıların düzgün idarə olunması, yaşıllıqların mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması istiqamətində maarifləndirici söhbətlər aparıldı. Həmçinin ekoloji problemlərin həllində hər bir vətəndaşın və yerli icmaların üzərinə düşən məsuliyyət, birgə fəaliyyətin əhəmiyyəti və davamlı ekoloji təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə olundu.
İştirakçılar ekoloji təhlükəsizliyin təmin olunması, sağlam ətraf mühitin formalaşdırılması və gələcək nəsillərə yaşıl dünya miras qoyulması istiqamətində fikir mübadiləsi apararaq öz təklif və təşəbbüslərini bölüşdülər.
Layihə çərçivəsində keçirilən bu cür maarifləndirici görüşlərin əsas məqsədi icmalar arasında ekoloji mədəniyyətin formalaşdırılmasına, ətraf mühitə məsuliyyətli münasibətin təşviqinə və davamlı inkişaf prinsiplərinin geniş təbliğinə töhfə verməkdir.
Sağlam gələcək naminə ekoloji məsuliyyətimizi birlikdə gücləndirək, təbiəti qoruyaq və davamlı inkişaf naminə həmrəy olaq!

Sevinc Qasımova

Bizi izləyin və paylaşın